Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi yaxınlığında vulkan püskürüb.
Open.az-ın məlumatına görə, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. Ocaqda hazırda alovlar müşahidə olunur. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.
Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.