Bakıya bu tarixlərdə qar yağacaq – RƏSMİ AÇIQLAMA

495

Bu gündən etibarən Bakıda və digər rayonlarda soyuq hava şəraiti müşahidə olunur. Rayonlardan əlavə paytaxtda da havanın kəskin soyuması Bakıya qar yağmaq ehtimalını ortaya qoyub. 

Bəs, Bakıya qar yağmaq ehtimalı varmı? Soyuq hava şəraiti nə qədər müddət davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dünəndən etibarən ölkə ərazisində hava şəraiti dəyişib və güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda isə qar yağıb:

“Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qar örütüyünün hündürlüyü Quba və Ordubadda 1 sm-dir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasıında 30-33 m/s, digər rayonlarda 18-20 m/s-dək güclənib. Ölkə ərazisində müşahidə olunan güclü külək bu gün gündüz saatlarından etibarən zəifləyəcək. Yağıntılı hava şəraiti isə davam edəcək. Yağıntılı hava şəraiti isə 12-dək fasilələrlə davam edəcək. Yanvarın 15-dək əksər rayonlarda yağıntılar davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Artıq 15-i səhər saatlarından yağıntılar kəsəcək.

Yanvarın 13-ü axşam və 14-də Bakıda və Abşeron yarımadasıında qar yağacağı proqnozlaşdırılır.

Paytaxtda yanvar və fevral ayalarında növbəti dəfə qarın yağacağı ehtimal olunur. Qış fəslinin soyuq ayları olduğu üçün bu aylarda da qarın yağması istisna deyil”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər