“Sevgi sözünə inanmıram. Çünki sevənlərin çoxu yanıma boşanmağa gəlir”.
Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişində qonaq olan məşhur vəkil Şəfiqə Nağıyeva deyib.
Hüquqşünas olmağa anasına görə qərar verən vəkil onu evlənməyə məcur edən səbəbdən, öz boşanmasının 5 il çəkməsindən danışıb.
Onun sözlərinə görə, idarə etdiyi ən çətin məhkəmə prosesi həyat yoldaşına xəyanət edən qadına görə yalan danışması olub.
Vəkil “bu yaxınlarda bir nəfər məni öldürəcəyini, nəvələrimi oğurlayacağını demişdi”, – deyə məhkəmə işlərinə görə aldığı hədə-qorxulardan danışarkən deyib.