Bu, müştəri kütləsinin bankın “Sumqayıt” filialına yönləndirilməsi ilə bağlıdır
“Bank of Baku” ASC-nin Müşahidə Şurasının iclasının qərarı ilə bankın Sumqayıt şəhəri, Metallurqlar küç., 1, ünvanında yerləşən şöbəsi ləğv olunur. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, bankın Azərbaycan Respublikası Mərkəzi Bankına etdiyi müvafiq müraciətinə 27.09.2010-cu il tarixində müsbət cavab verilib.
Şöbənin ləğv olunması filial şəbəkəsinin effektivliyin artırılması məqsədi ilə müştəri kütləsinin “Bank of Baku”nun “Sumqayıt” filialına yönləndirilməsi ilə bağlıdır.
Qeyd edək ki, hazırda, bankın 15 filialı, 1 şöbəsi fəaliyyət göstərir.