“Bank Respublika”nın sahibinin 17 yaşlı oğlu qəfil öldü

1404

“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyevin 17 yaşlı oğlu qəfil vəfat edib.

Demokrat.az-ın məlumatına görə, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb.

Həkimlərin ilkin müdaxiləsinə rəğmən, gənci xilas etmək mümkün olmayıb.

Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında – Azərbaycan Mətbuat Şurasının binası önündə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər bank rəhbərləri qatılıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər