Bank sürücü axtarır – VAKANSİYA

1700

AFB Bank Qiymətlilərlə iş şöbəsinin inkassator-sürücü vəzifəsinə vakansiya elan edir.

Vəzifə: İnkassator-sürücü

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

•    Orta və ya  orta ixtisas   təhsilinin olması;
•    Ciddi nəzarət etmək qabiliyyəti;
•    Avtonəqliyyat vasitələri haqqında texniki biliklər və sürücülük vəsiqəsinin olması;
•    Fiziki cəhətdən sağlam və müvafiq tibbi arayış olmalı;
•    Silahlardan istifadə etmək bacarığına malik olmalı;
•    Nağd pul və qiymətlilərlə iş zamanı sayıq olmaq bacarığı;
•    Fəaliyyəti ilə bağlı məlumatları məxfi saxlamaq qabiliyyəti;
•    İnkassasiya zamanı aidiyyəti bankdaxili prosedurlara ciddi riayət etməli

İŞİN TƏSVİRİ:

•    Maşını idarə etmək;
•    Nağd pul və digər qiymətlilərin qəbul etmək, təyinat yerinə çatdırmaq və təhvil vermək;
•    Bankomatların inkassasiyasını həyata keçirmək;
•    Təhvil aldığı qiymətlilərin salamatlığı və qorunması üçün tədbirlər görmək;
•    İnkassasiya prosesində iştirak etmək,İnkassasiya əməliyyatlarının sənədləşdirilməsini qanunvericiliklə müəyyən olunan qaydada təmin etmək, sənədlərin düzgün tərtib olunmasına riayət etmək;
•    Vəzifəsinin icrası ilə əlaqədar ona məlum olan məlumatları, o cümlədən qiymətlilərin daşınması, saxlanması, mühafizəsi, siqnalizasiya və xidməti tapşırıqlar barədə məlumatların gizliliyini qorumaq.
•    İnkassasiya prosesinə aid digər funksiyaları həyata keçirmək.

***

AFB Bank Çağrı mərkəzinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

•    Ali təhsil;
•    Müvafiq sahədə 1 il iş təcrübəsinə malik olmaq;
•    Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini  bilənlərə üstünlük verilir);
•    Ofis proqramları ilə işləmək bacarığı;
•    Bank və bank məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olmaq;
•    Ünsiyyətcil;
•    Komandada işləmək bacarığı;
•    Müştərilərlə işləmək qabiliyyəti;
•    Stressə davamlılıq;
•    Yüksək nitq mədəniyyətinə sahib olmaq;
•    Sahəyə aid olan qayda və normativləri bilmək;

İŞİN TƏSVİRİ:

•    Müştərilərlə ünsiyyət qurmaq bacarığı və müştərilərin bank məhsulları haqqında məlumatlandırılması;
•    Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat verilməsi;
•    Bankda mövcud məhsulların satışı məqsədilə müştərilərlə əlaqə saxlamaq;
•    Onlayn konsultasiyada müxtəlif kanallardan gələn müraciətlərin cavablandırılması.

***
 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər