Baş nazir də hava ilə bağlı sərəncam verdi

1040

Baş nazir Novruz Məmmədov Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

Sərəncamda baş nazir bildirir ki, Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatını və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

 Təhsil Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı lazımi tədbirlər görsün. Bu sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının rəhbərinə həvalə edilsin.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər