Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 25 mülki şəxs həlak olub, 127 nəfər yaralanıb.
Bundan başqa, 56 mülki obyekt və 313 yaşayış evi yarasız hala düşüb.