Bu gün Bakıda yanğın baş verən çoxmərtəbəli binada məşhur jurnalistin ailəsi də olub.
Güclü yanğının baş verdiyi binada “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin də evi var.
Əldə etdiyimiz məlumata görə, yanğın zamanı evdə baş redaktorun 4 yaşlı nəvəsi və həyat yoldaşı var olub. Bildirilir ki, hər iki şəxs yanğından son anda xilas edilib. 4 yaşlı uşağın vəziyyəti hazırda normalır. Baş redaktorun həyat yoldaşının vəziyyəti isə tam yaxşı deyil və o, həkim nəzarətindədir.
Bakupost