Başqaları Azərbaycandan gedib çox şeyə nail oldular

1107

O isə bu­ra­da qa­lıb məh­ru­miy­yət­lər için­də və­fat et­di…

Bu gün Azərbaycanın ən yaxşı futbolçularından olan mərhum Anatoli Banişevskinin doğum günüdür. 15 illik karyerasını bir komandada – “Neftçi”də keçirən keçmiş hücumçunun 67 yaşı tamam olur. 1946-cı ilin fevralın 23-də anadan olan Banişevski “ağ-qaralar”ın heyətində (1963-73, 75-78) SSRİ çempionatında 211 oyunda 81 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının bürünc medalını qazanan Tolya həmin ildə SSRİ yığması ilə dünya çempionatında analoji uğura imza atıb. Futbolçumuz 50 oyunda 19 qol vurduğu yığma ilə 1972-ci ildə Avropanın vitse-çempionu olub.

***

70-ci il­lər­də qə­fil­dən Sum­qa­yıt SSRİ fut­bo­lu­nun Mək­kə­si­nə çev­ril­di. M.Hü­seyn­za­də adı­na şə­hər sta­dio­nun­da Azər­bay­ca­nın bü­tün böl­gə­lə­rin­dən, o cüm­lə­dən qon­şu Da­ğıs­tan­dan, Gür­cüs­tan­dan, Er­mə­nis­tan­dan (in­di ol­ma­sın) min­lər­lə fut­bol azar­ke­şi gə­lir­di. On­lar bö­yük fut­bol­dan vaxt­sız get­miş, an­caq çə­ki­si art­dıq­dan, sü­rə­ti it­dik­dən son­ra ye­ni­dən, an­caq əya­lət fut­bo­lu­na qa­yıt­mış əf­sa­nə­vi Ana­to­li Ba­ni­şevs­ki­yə bax­ma­ğa gə­lər­di­lər. O vaxt Ba­ni­şevs­ki­nin Sum­qa­yıt “Po­lad”ının tər­ki­bin­də hər oyun­da cə­mi 15-20 də­qi­qə oy­na­ma­ğa gü­cü ça­tar­dı. Bu­nun­la be­lə, elə bu qı­sa mə­qam­da rə­qib qa­pı­sı­na bir ne­çə top vur­ma­ğa im­kan ta­pır­dı…

***

Qa­ran­lıq­da top qo­van oğ­la­nı ana­sı elə hey evə ça­ğı­rır. Bir az­dan bu oğ­lan evə yı­ğı­şır və ya­tır. Əs­lin­də isə o, yat­ma­yıb, onun ayaq­la­rı ağ­rı­yır, xo­şa­gəl­məz tə­əs­sü­rat oya­dır. Bə­li, o, ye­nə də oyun­da­dır. Hə­lə ki, onu yu­xu apar­ma­yıb. O, özü­nün gə­lə­cə­yi­ni tə­səv­vür edir. O, mər­kəz hü­cum­çu­su­dur. Gənc­lər yığ­ma­sın­da oy­na­ya­caq, son­ra onu məş­hur­la­rın çı­xış et­di­yi əsas yığ­ma­ya də­vət edə­cək­lər. O ora­da ha­mı­dan gənc­dir. An­caq bu, heç də fa­ciə de­yil. Be­lə ki, sö­zü­ge­dən bu oğ­lan əc­nə­bi çem­pi­on­la­rın qa­pı­sı­na qol­lar vu­rur.

Oğ­lan uşaq­la­rı­nın ar­zu­la­rı boş şey de­yil. Hər şey məhz bun­dan baş­la­yır. Əsas o de­yil ki, min­lər­lə ar­zu­la­rı var. Əsas odur ki, tək-tük də ol­sa, bu ar­zu­la­ra qo­vuş­maq im­ka­nı möv­cud­dur.

Ana­to­li Ba­ni­şevs­ki də məhz bir növ ar­zu­su­na ça­tan­lar­dan­dır. Baş­qa da­hi­lər ki­mi o da kü­çə fut­bo­lun­dan baş­la­mış­dı.

19 ya­şı olan­da o, “Neft­çi”dən məşq­çi Ni­ko­lay Mo­ro­zov tə­rə­fin­dən SSRİ-nin əsas yığ­ma­sı­na də­vət olun­du. Gənc mər­kəz hü­cum­çu­su 8 oyun­da mey­da­na çı­xa­raq qol vur­ma­ğa mü­vəf­fəq ol­du. Yu­na­nıs­ta­nın Pi­reu şə­hə­ri­nin sta­dio­nun­da Ba­ni­şevs­ki 3 də­fə fərq­lə­nir. Bə­li, bu da het-trik de­mək­dir. Cə­nu­bi Ame­ri­ka tur­ne­sin­də “Ma­ra­ka­na”da Bra­zi­li­ya­ya, “Ri­ver Pleyt”də Ar­gen­ti­na­ya, “Sen­ta­na­rio”da Uruq­va­ya qar­şı hər oyun­da Ana­to­li bir də­fə fərq­lə­nir. Be­lə­lik­lə, ilk oyun­da heç-he­çə, 3-cü matç­da isə qə­lə­bə əl­də olu­nur.

İn­di Ba­ni­şevs­ki o vax­tın məş­hur fut­bol­çu­la­rı Ya­şin, Şes­ter­nev, Vo­ro­nin, Met­re­ve­li, Mes­xi, Xur­si­la­va, Xu­sai­nov və baş­qa­la­rı ilə bir sı­ra­da­dır.

Ba­ni­şevs­ki kü­rən, qıv­rım saç­la­ra, hiy­lə­gər göz­lə­rə ma­lik hü­cum­çu idi. Onu ilk də­fə gö­rən­də ada­ma elə gə­lir­di ki, o, fleq­ma­tik­dir. Və bu za­man özün-özü­nə su­al ve­rir­din: Bu cür adam­da qol vur­maq qa­bi­liy­yə­ti har­dan­dır? Sən de­mə, bu tip in­san­lar giz­li ener­ji­yə ma­lik­dir­lər və on­lar za­man-za­man güc top­la­ya­raq onu la­zı­mı an­da, la­zı­mı mə­qam­da sərf edir­lər. Ba­ni­şevs­ki məhz be­lə­lə­rin­dən idi.

An­caq, de­yə­sən, hər şey çox tez və ide­al baş­la­mış­dı. Və ya­xud, gənc oğ­lan öz is­te­da­dı ilə la­zı­mi sə­viy­yə­də dav­ran­ma­ğı ba­car­mır­dı. Be­lə ki, gənc hü­cum­çu­dan onun klu­ba ver­di­yin­dən ar­tıq “Neft­çi” heç nə tə­ləb et­mir­di. Gəl ki, o, bü­tün et­dik­lə­ri­ni heç bir çə­tin­lik çək­mə­dən ya­ra­dır­dı. Əgər Ana­to­li bü­tün bun­la­rı nə­zə­rə al­say­dı, çox gü­man ki, da­ha məş­hur fut­bol­çu olar­dı.

Klub üçün qə­na­ət­bəxş nor­ma­tiv he­sab edi­lən onun vur­du­ğu 100 qol, yığ­ma­da ke­çir­di­yi çox­lu oyun­lar, qa­zan­dı­ğı ad-san – bü­tün bun­la­ra bax­ma­ya­raq, o xoş­bəxt de­yil­di. Ba­ni­şevs­ki­nin ba­şı­na nə­lər gəl­mə­miş­di ki… Xəs­tə­lik­lər, zə­də­lər, uzun­müd­dət­li disk­va­li­fi­ka­si­ya, han­sı ki, bun­dan son­ra o, açıq-aş­kar bu­nu eti­raf edə­cək­dir: “Pi­yon ol­mu­şam, düz­gün cə­za­lan­dı­rıb­lar”.

Hət­ta bun­dan son­ra onun fəx­ri ad­la­rı da əlin­dən çıx­dı. Çı­xış et­di­yi “Neft­çi”nin bir ne­çə il­lik güc­lü­lər dəs­tə­sin­dən 1-ci dəs­tə­yə en­mə­si, 27 ya­şın­da sa­də­lövh­lü­yü və dü­şün­cə­siz­li­yi üzün­dən klu­bu tərk et­mə­si – bü­tün bun­lar­dan son­ra onu ne­cə xoş­bəxt ad­lan­dır­maq olar?

Kar­ye­ra­sı­nın so­nu­na ya­xın heç ol­ma­sa, ovun­maq üçün o, 100-cü qo­lu­nu vur­ma­ğa can atır­dı. Həm də bu qol onu ol­du­ğu ki­mi fut­bol ta­ri­xi­nə həkk edə­cək­di. La­kin bu, özü­nün de­di­yi ki­mi, ona heç də asan ba­şa gəl­mə­di. Ar­tıq 32 ya­şı var idi və ayaq­la­rı­nı çək­mək ona çə­tin­lik ya­ra­dır­dı. Bü­tün bun­la­ra rəğ­mən sağ ol­sun İs­gən­dər Ca­va­dov, oyun­la­rın bi­rin­də özü­nün asan­lıq­la qa­pı­dan ke­çi­rə bi­lə­cə­yi to­pu Ba­ni­şevs­ki­yə ötür­dü və 100-cü qol vu­rul­du. Bun­dan dər­hal son­ra Ana­to­li hə­mi­şə­lik mey­dan­ça­nı tərk et­di. O za­man 1978-ci il idi və ul­duz fut­bol­çu 100-cü qo­lu­nu vur­du­ğu üçün “Qri­qo­ri Fe­do­tov Klu­bu”na da­xil ol­du. Qeyd edək ki, Ba­ni­şevs­ki “Neft­çi”nin ilk və ye­ga­nə fut­bol­çu­su ki­mi bu klu­ba da­xil edi­lib.

Ba­ni­şevs­ki bu gü­nə­dək də ba­kı­lı­dır. Onu nə Mosk­va, nə Ki­yev, nə də hər han­sı bir çem­pi­on klub­la­rı yo­lun­dan, əqi­də­sin­dən dön­də­rə bil­mə­di­lər. Hət­ta də­fə­lər­lə Mosk­va OMİK-inin rəh­bər­li­yi ona Mosk­va­da 3 otaq­lı mən­zil və hər cür şə­ra­it vəd et­sə də, o, Ba­kı­dan get­mə­di.

SSRİ yığ­ma­sı­na da ba­kı­lı ma­raq­la­rı ilə gə­lir­di və hə­mi­şə də tə­əs­süf­lə bil­di­rir­di ki, klub­da Mar­ka­rov­la oy­na­dı­ğı ki­mi yığ­ma­da oy­na­ya bil­mir. An­caq, o, bu söz­lə­ri de­yən­də ağ­lı­na be­lə gə­ti­rə bil­məz­di ki, nə vaxt­sa Mar­ka­ro­vun öl­kə­si ilə onun öl­kə­si mü­ha­ri­bə edə­cək.

“Neft­çi”nin əla hü­cum­çu­la­rı Ələk­bər Məm­mə­dov və Yu­ri Kuz­net­sov Mosk­va “Di­na­mo”su­na keç­di­lər və məhz bu klub­da çox şe­yə na­il ol­du­lar. Elə hə­min Mar­ka­rov da “Ara­rat”a ke­çən­dən son­ra çem­pi­on ol­du. La­kin Ba­ni­şevs­ki, ba­yaq qeyd et­di­yi­miz ki­mi, heç ye­rə get­mə­di.

Müx­tə­lif baş­gi­cəl­lən­di­ri­ci tək­lif­lə­rə bax­ma­ya­raq, o, doğ­ma klu­bu olan “Neft­çi”yə və se­vim­li şə­hə­ri Ba­kı­ya sa­diq qal­dı. Bəl­kə də o, ya Mosk­va­ya, ya da Ki­ye­və yol­lan­say­dı, fut­bol­çu ki­mi çox şey əl­də edər­di. Bəs, in­san ki­mi? Bə­li, bu­nu söy­lə­mək çox çə­tin­dir. Çün­ki Ba­ni­şevs­ki Azər­bay­can­da fut­bo­lun kök­lü in­ki­şa­fı üçün əlin­dən gə­lə­ni əsir­gə­mə­yən bar­maq­la sa­yı­la­sı fut­bol­çu­lar­dan idi. Bu, bir hə­qi­qət­dir ki, Ba­kı çox­lu us­ta fut­bol­çu ye­tiş­di­rib. La­kin on­lar­dan yal­nız Ba­ni­şevs­ki bü­tün qol­la­rı­nı “Neft­çi”də gənc yaş­la­rın­da vu­rub. Bun­dan baş­qa, o, di­gər­lə­rin­dən fərq­li ola­raq tez-tez öz şə­hə­ri­ni SSRİ yığ­ma­sın­da təm­sil edib. Ba­ni­şevs­ki futbolçu karyerasını başa vurduqdan sonra Mosk­va­da Ali Məşq­çi­lər Mək­tə­bi­ni bi­tir­di və məşqçi kimi ilk iş yeri doğma komandası “Neftçi” oldu. Daha sonra 1984-1988-ci ildə Bur­ki­no – Fa­so döv­lə­ti­nə gə­lə­rək məhz bu ölkədə məşq­çi iş­lə­mə­yə baş­la­dı. İlk əv­vəl hər şey yax­şı idi. Baş­çı­lıq et­di­yi klub dər­hal öl­kə ku­bo­ku­nun fi­na­lı­na çıx­dı. La­kin göz­lə­nil­mə­dən hər şey də­yiş­di. Be­lə ki, öl­kə pre­zi­den­ti­nə qar­şı edi­lən sui-qəs­din can­lı şa­hi­di olan Ba­ni­şevs­ki çox sar­sıl­dı və çox çək­mə­di ki, o, Azər­bay­ca­na, da­ha də­qiq de­sək, Ba­kı­ya dön­dü. Hə­ki­mə mü­ra­ci­ət et­dik­də isə 3 ay ya­şa­ya­ca­ğı­nı söy­lə­di­lər. An­caq o, bun­dan son­ra 10 il ya­şa­dı. Bir­tə­hər, pul­suz­luq için­də ba­şı­nı do­lan­dır­dı. Vax­tın­da pul ta­pıb müa­li­cə olun­ma­dı­ğın­dan xəs­tə­li­yi get­dik­cə ağır­laş­dı. Hə­min vaxt, İs­rai­lə müa­yi­nə­dən keç­mək üçün yol­lan­sa da, ar­tıq ge­cik­miş­di. Əs­lin­də, Ba­ni­şevs­ki ona qar­şı edi­lən bi­ga­nə­li­yin qur­ba­nı­na çev­ril­di.

1997-cı il de­kab­rın 10-­da fut­bo­lu­muz öz sti­mu­lu­nu, öz ul­du­zu­nu və de­mək olar ki, hər şe­yi­ni itir­di.

Da­hi fut­bol­çu idi. Da­hi ol­du­ğu ki­mi, həm də sa­də idi.  O, Tan­rı­nın fut­bo­lu­mu­za bəxş et­di­yi ilk və so­nun­cu ul­duz­dur. Tə­əs­süf ki, on­dan la­zı­mın­ca is­ti­fa­də edə bil­mə­dik. Am­ma Ba­ni­şevs­ki­dən klub­lar da ol­ma­sa, SSRİ yığ­ma­sı

qə­lə­bə­lər üçün ki­fa­yət qə­dər is­ti­fa­də et­di. 1972-ci il­də­ki Av­ro­pa Çem­pio­na­tı­nın fi­na­lın­da onun da iş­ti­rak et­di­yi SSRİ yığ­ma­sı al­man­la­ra məğ­lub ol­du. Və bu uğur­suz­luq­lar­dan son­ra nə­dən­sə, Ana­to­li­ni yığ­ma­dan qov­du­lar. Hal­bu­ki, SSRİ-nin əl­də et­di­yi ək­sər qə­lə­bə­lər­də onun ro­lu az de­yil­di. Tə­sa­dü­fi de­yil­di ki, Ba­ni­şevs­ki 1966-cı il­də SSRİ yığ­ma­sı­nın tər­ki­bin­də Dün­ya Çem­pio­na­tı­nın bü­rünc me­da­lı­nı qa­zan­mış­dı.

Ara­mız­da ol­ma­ma­sı­na bax­ma­ya­raq, çox na­ra­hat­dır. Axı, onun ağ­lı­na be­lə gəl­məz­di ki, vax­ti­lə Azər­bay­ca­nın fut­bo­lu na­mi­nə əlin­dən gə­lə­ni əsir­gə­mə­mə­si, hət­ta tə­qib­lə­rə mə­ruz qal­ma­sı əbəs ye­rə imiş. Bəl­kə elə dün­ya­dan da tez köç­mə­si məs­lə­hət idi. Çün­ki onun fut­bo­lu­muz­da­kı mə­lum və­ziy­yə­tə tab gə­ti­rə bi­lə­cə­yi heç inan­dı­rı­cı gö­rün­mür.

Al­lah sə­nə qə­ni-qə­ni rəh­mət elə­sin, ba­kı­lı ba­la­sı!

 P.S. 2 fevral 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulmuşdur.

 Alim Malikoğlu

Redaksiyadan: Təəssüf ki, yazının müəllifi, “168 saat”ın tanınmış futbol şərhçisi Alim Malikoğlu da bu gün həyatda yoxdur – o, 3 il öncə “Karvan”-“Neftçi” oyunundan, Yevlaxdan dönərkən avtomobil qəzasında həlak olub. Allah ona rəhmət eləsin!

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər