Bayden amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb

835

ABŞ Prezidenti: “Amerika vətəndaşları indi getməlidir”

ABŞ ordusu hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq Ukraynaya göndərilməyəcək.

AYNA xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Bayden əlavə edib ki, ABŞ vətəndaşlarının təxliyəsi üçün Ukraynaya Amerika qoşunları göndərilməyəcək: “Əgər amerikalılar və ruslar bir-birinə atəş açsalar, o zaman dünya müharibəsi başlayacaq”.

Bayden Ukraynadakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb: “Amerika vətəndaşları indi getməlidir”.

O, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşəcəyi təqdirdə amerikalılara zərər verəcək hərəkətlərdən qaçmaq üçün kifayət qədər ağıllı olduğuna əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti də bəyanat yayaraq bildirib ki, Amerika vətəndaşları mövcud olan bütün nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməlidirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər