Paytaxtın Bayıl yamacında baş verən sürüşmə anı kameraya düşüb.
sumqayitxeber.com oxu.az-a istinadən xəbər verir ki, videoda sürüşmə zamanı bir evin tamamilə dağıldığı açıq-aydın görünür.
Xatırladaq ki, fevralın 10-da baş verən sürüşmə zamanı dörd evin dağıldığı bildirilib.
Ərazidə yaşayan sakinlər təxliyyə olunub.