Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bayram günləri Bakı-Xırdalan-Sumqayıt, Bakı-Pirşağı-Sumqayıt və Bakı-Gəncə-Bakı marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik olmayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günüdür.
Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq.