Bayram günlərində Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 2049 çağırış qeydə alınıb

1361

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Sumqayıt Tibb Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Martın 20- 25-də Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 2049 çağırış qeydə alınıb.

Stansiyanın 992 əməkdaşı yaradılan tibbi briqadaların tərkibində müraciətlərə yollanıb. Çağırışa yollanan zamanı 37 ölüm hadisəsi qeydə alınıb. Bayram günlərində 3 insan dəm qazından həyatını itirib.

Qeyd edək ki, Novruz bayramı günlərində Sumqayıt Tibb Mərkəzinin tabeli tibb müəssisələrinin stasionar şöbələri fəaliyyətlərini növbətçilik cədvəllərinə uyğun həyata keçirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər