Belçikanın Azərbaycandakı səfiri Sumqayıtda olub

1677

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans Sumqayıt şəhərində səfərdə olub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə şəhər rəhbəri diplomata Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, Sumqayıtda son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Zakir Fərəcov, həmçinin Sumqayıtın bir sıra dünya şəhərləri ilə dostluq, əməkdaşlıq əlaqələri qurduğunu da vurğulayıb. Səfir Mişel Pitermans Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib. Görüş zamanı diplomat Azərbaycanın, eləcə də Sumqayıt şəhərinin sürətlə inkişaf etdiyini bildirib, gələcəkdə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. İkitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdən Sonra Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib, Qalib əsgər abidəsi önünə tər gül dəstələri düzülüb. Məlumat verilib ki, Şəhidlər Xiyabanı yenidən qurulub və Zəfər günündə açılış mərasimi keçirilib. Səfər çərçivəsində səfir Mişel Pitermans ulu öndər Heydər Əliyevin də abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramını bildirib. Səfirə Heydər Əliyev mərkəzi haqqında məlumat verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər