Son günlər yağan yağış nəticəsində Ceyranbatan qəsəbəsindən başlayaraq Sumqayıt ərazisindən keçən Acıdərə kanalının daşması nəticəsində ətraf ərazidə yerləşən mənzillər su altında qaldı.Əsasən məcburi köçkünlərin yaşadığı beton zavod ərazisi, 76-c məhəllə tamamilə su altında qalıb. Bir qədər yüksəklikdə yerləşən evlərdə suyun hündürlüyü 20-santimetrə çatırdısa, çökəklikdə yaşayan ərazilədə onun hündürlüyü bundan iki dəfə artıq olub. Sakinlər bu halın tez- tez təkrarlanıdığını deyirlər.Əsasən Qubadlı, Laçın, Kəlbəcər və Zəngilan rayonlarından olan məcburi köçkünlər bütün əşyalarının su altında qaldığını deyirlər.