AzVision.az xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
– istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;
– partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;
– sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;
– ixtisaslaşmış balıq mağazaları;
– müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;
– saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;
– tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla);
– sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;
– camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);
– ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyaları;
– ictimai tualetlər;
– dini ayinləri keçirən müəssisələr;
– binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları;
– istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla);
– baytarlıq klinikaları və kabinetləri;
– təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlər.