Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda cümə namazı qılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yıldırımı cümə namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müşayiət edib. Türkiyəli siyasətçi namazdan sonra hədik paylayıb.