“Kəndin mərkəzində oğlumu daşla, lomla, küt ələtlərlə vurub öldürüblər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Quba rayonunun Tülər kəndində əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovun atası deyib.
Onun sözlərinə görə, hadisə gecə saat 1-2 radələrində verib:
“Mənim səhər xəbərim oldu. Dedilər ki, qonşuluqda olan gəlinlə qoşulub qaçıb. Bir-birini seviblər, çıxıb gediblər. Sonra əmim nəvəsigil onları Bakıdan tapıb gətiriblər. Kəndin mərkəzində xeyli adam döyərək öldürüb.
Evli olması ilə bağlı deyilənlər yalandır. Oğlumun 25 yaşı var, subaydır”.
Qeyd edək ki, qətlə yetirilən Elşad Əsədov artıq dəfn olunub.
Emin Kərimov
Qubada əmisi gəlinini qaçıran gəncin BAŞINA OYUN AÇDILAR – Hamının gözü önündə ÖLDÜRDÜLƏR – FOTO