Belə deyilmişik əvvəllər. Düzü, görməmişəm, eşitmişəm – mən doğulmamışdan bir il, para il qabağadək Azərbaycanda insanlar başqa cürmüş.
Deyilənə görə, qonşu kəndə əsgər meyiti gətiriləndə bütün ətraf kəndlərdə uşaqlı-qocalı hər kəs aylarla bu barədə danışarmış. Analar özlərinə gəlməzmiş. Gəlinlər oğlan doğmaq istəyərmişlər ki, körpəyə onun adını qoysunlar. Uşaqların “dava-dava” oyunu belə o əsgərlə bağlı olarmış, “o əsgər mən olacam” deyərmişlər. Kənddə təzə tikilən bulağa camaat mütləq həmin əsgərin adını qoyarmış. Həmin əsgər hər kəsin əzizinə çevrilər, hər kəs onu öz doğması kimi anar, öz doğması kimi sevərmiş.
Onda sevgidolu olmuşuq. Müəllimi, həkimi, əsgəri, sürücünü, xadiməni – məşğuliyyətindən və vəzifəsindən asılı olmayaraq hər kəsi sayar, sevərmişik. Özü də milli mənsubiyyətindən asılı olmayaraq. Birimizin dərdi hamının dərdiymiş. Hər kəs bir-birinin halına yanar, sevincini bölüşərmiş.
Mənim gördüyüm Azərbaycanda bütün bunlar gülməli səslənir. Çünki indiki Azərbaycanda pulu olmayan şagirdi kollektivlə birlikdə şəkil çəkdirməyə qoymurlar. Çünki indiki Azərbaycanda xəstəxanada yiyəsi gəlməyənə qədər xəstəyə ağrıkəsici belə vurmurlar. Çünki indiki Azərbaycanda mağazada görkəmindən kasıb olduğu bilinən alıcının sualına cavab vermirlər. Niyə?..
Allahın var günü mən, elə siz də bu “niyə”ylə üz-üzə gəlirik. Əslində, şəhər nəqliyyatından istifadə eləyənlərin hamısı bu mənzərəylə tanışdır – sürücülər həm öz aralarında, həm də sərnişinlərlə, sərnişinlər də həm onlarla, həm öz aralarında əbədi bir savaş halındadırlar, burda insanların bir-birini görməyə gözü yoxdur. Sürücülər daha çox sərnişin “ovlamaq” üçün qaza basıb digərlərini qabaqlamağa çalışır, biri o birinin yolunu kəsib ona mane olmağa çalışır və yolun bir yerində bu səssiz-silahsız duel “yağlı-buğlu” sözlərə çevrilib bir avtobusdan o birinə tuşlanır. Sərnişinlər deyinməyə, sürücüyə təpinməyə başlayırlar, o isə çəmkirib “Mən plan verməliyəm eeee!” deyir və “repertuarına” heç bir dəyişiklik eləmədən yoluna davam edir.
Ayaq üstə olan sərnişinlər ikiqat stress keçirirlər, çünki onlar həm də yer tapıb otura bilmiş sərnişinlərə qarşı qəzəblidirlər və nə sürücüyə, nə də oturanlara güc gələ bildiklərindən hikkələrini yanlarında duranlardan çıxarırlar. Amma problem oturub-oturmamaqda deyil əslində, çünki təkcə avtobuslarda yox, dükan-bazarda, küçələrdə, idarələrdə, ümumiyyətlə, “ictimai” dediyimiz hər yerdə hər kəs ən kiçik fürsətdə başqalarını sancmağa, hətta təhqir eləməyə hazırdır…
Demək olar ki, hər gün ölüm xəbəri alırıq ordudan. Və uzağı 10 dəqiqə sonra bu barədə artıq düşünmürük. İnsanların şəxsi problemləri o qədər çoxdur ki, başqalarının dərdini çəkməyə hövsələ qalmayıb heç kəsdə.
Ola bilsin, mən şişirdirəm. Amma məncə, bir soydaş, vətəndaş ya da sadəcə insan olaraq bir-birimizi sayıb-sevsək bir çox problemi həll etmək daha asan olar. Əgər bir-birimizə sevgiylə yanaşsaq bir-birimizin halına yanmağı, bir-birimizi qorumağı da bacararıq. Sevgisizlik dözümsüzlükdür, təklikdir, ayrılıqdır, sevməyi öyrənsək, həm də güclənərik.
Düzdür, bütün insanların bir-birini sevməsi mümkün deyil. Amma biz sevilməsi mümkün olan insanları, hətta sevilməsi zəruri olan insanları da sevməyi unutmuşuq. Bəlkə bilərəkdən unutdurublar bizə. Unutdurublar ki, bir gün özümüzü də unudaq. Unudaq ki, insanıq və sevməyi bacarmaq bizim ən vacib keyfiyyətlərimizdən biridir…
Etiraf edim ki, mən özüm indi-indi sevməyi öyrənməyə başlamışam. Hələ ki, alınmır, yoruluram, bezirəm. Bəzən fikirləşirəm ki, heç nə alınmayacaq…
İnsanları sevən birisi o gün mənə “Mərhəmət hissini anlamağa çalış, sevgi mərhəmətdən başlayır. Mərhəmət – insanlara qayğıyla yanaşmaq, onlara kömək əli uzatmaq, onları olduqları kimi qəbul eləmək, onların yanlışlarını, qüsurlarını bağışlaya bilmək deməkdir” dedi.
Mən mərhəmətli olmağa borcluyammı? Bu barədə çox düşündüm. Sonra da hissimdəki, ağlımdakı Tanrını düşündüm. Anladım ki, mən onu ilk növbədə mərhəmət olaraq dərk etmişəmmiş. Bəndələrdən ümidim kəsilib “İlahi, barı sən kömək ol” deyə Tanrıya üz tutanda onun mərhəmətinə güvənirəmmiş.
Onu da düşündüm ki, Tanrı insanı ali məxluq olaraq yaradıb. Yaradan sahib olduğu simadan bir tikə də bizə bağışlayıb. Bu isə o deməkdir ki, hər birimiz mərhəmətli ola bilərik. Çətindirsə, bacarmırıqsa, ən azı hər kəslə ədəb-hörmət çərçivəsində davranmağa cəhd edə bilərik. Çünki sevgi mərhəmətdən başlayırsa, mərhəmət də insanların şəxsiyyətinə hörmət etməkdən, onlara sayğı göstərməkdən başlayır.
Biz insanlara hörmət eləməyi öyrənsək, bir gün mütləq onları sevəcəyik…
Çox maraqlı yazıdır…Ülkər xanım təşəkkürlər. Ümid edirik ki, sumqayitxeber üçün maraqlı yazılar yazacaqsınız..biz də sevə sevə oxuyacağıq:)
“Düzdür, bütün insanların bir-birini sevməsi mümkün deyil. Amma biz sevilməsi mümkün olan insanları, hətta sevilməsi zəruri olan insanları da sevməyi unutmuşuq. ” bu fikirler daha chox diqqetimi cekdi…hiss olunur ki bu movzu sizi cox dusundurur.
maraqli yazidi. umid edirek, edirik bu axarinci yazidi
Dusunduren ve maraqli yazidir. bu gun bele yazilara metbuatda teessuf ki az rast gelinir. yaradiciliginizda ugurlar.
Insanlari sevmeliyik , onlara hormet elemeliyik. Yaxsi seslenir. Ama mesele o qeder de aan deyil. Metroya minen kimi qapinin agzinda dayanan, ictimai yerde kentdeki kucelerinde danisdigi sesle ve tonla danisan, qarsisina cixan her qiza soz atan oglanlara , dunen tanis oldugu oglanla bir qaranliq yer tapib opusen qizlara nece hormet ede bilerem ?
Bu adamlari umumiyyetle insan saymiram ve imkanim olsaydi onlari biryere yigib yandirardim diri-diri. Neinki onlara merhemet gostermek. Yaxsi qeyd elediz – sevgi merhemetden baslayiq. Eslinde bu gun sevginin bele az olmasinin sebebi merhemete layiq olan insanlarin azligindadi. Hami harinlasib. Bu deyqe hec kes acindan olmur ama insanlardaki aqresiya 90 ci illerin evvellerinde oldugundan daha coxdu. O vaxtlar corey novbeleri ele uzun olurdu ki bezen saatlarla novbe gozlemeli olurduq. Ama buna baxmayaraq heckim bir birinin ayagin tapdayib, qabaga kecmeye calismirdi. Ama indi teqaudler verilende bankamatlarin qarsisindaki novbeye baxin. Insanlar az qala bir birile davaya cixirlar – halbuki men inanmiram ki kiminse evinde yemeye corey olmasin ve mehs o gun pul cixarmaq mecburiyyetinde olsun.
Evveller de muellimler milyoncu deyildi , ama indiki kimi harinliq yoxiydi. Direktorlar ozlerini mektebin sahibi sayir ve ogluna catdirmasa da hecolmasa nevesine villa almaq istiyir dubayda )))
Fikirlesmir ki o pul getirmeye mecbur elediyi usagin atasinin belke hec naxalstroyda ev almaga imkani yoxdu – kirayede yasayir ailesiyle.
Indi siz deyirsiz ki gelin bu insanlari sevek…
Sağ ol, ay Ülkər xanım.
Sizin yazdıqlarınizi oxuduqca düşündüm ki, hələ hec nə itirilməyibdir .
Vətənimizdə sizin kimi övladlarımızin coxluq teşkil etməsi- yaxin gələcəkdə Azərbaycanin gösterdiyiniz nöqsanlardan azad olunmasina, cicəklənməsinə dair iri addimlarra irəliləmək deməkdir.
Yazi menim de xosuma geldi.Beli..her gun rastlasdigimiz veziyyetdi.Amma kim deyir ki,evveller bele deyildi???Bir de yeri gelende pis gunumuzde bir-brimizin derdine yanan,bir olmagi bacaran milletik.Sadece olaraq cox insna stress halinda yasayir,problemler basdan asir.Emosinal xalqiq daa,her seyi ureyimize saliriq.
kecid dovrudu,hem de dediniz axi her gun cebheden xeber gelir,millet aqressivlewir,problem ardinca problem gelir,dozumlu xalqiq ki bunlara dozuruk..amma bir olmaq lazimdi,..esebden bir-birimizin etin yemek,etrafa menfi enerji oturmek ne lazim..
Ulker xanim yaziniz cox beyendim.Demek olar ki,bu gun insanlari narahat eden,dusunduren butun suallarin cavabini yazinizda vermisiniz.
Allahin merhemeti besdir her bir bendeye.Bunu gormek duymaq ve emel etmek lazimdir.
Sayta yerleshdiren, oxuyan ve oz fikirlerini bolushen her kese teshekkur.