Bir gündə 6 üzvü ölən ailədən AÇIQLAMA: "DEYİLƏNLƏR YALANDIR"

2376

Sumqayıtda bir ailənin 6 üzvünün dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, ilkin araşdırmalardan sonra Sumqayıt şəhər Sülh küçəsi, 5-ci məhəllədə yerləşən binada yaşayan Füzuli rayonu, Kərimbəyli kənd sakinləri, 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Abbasovanın keçən həftənin şənbə gününə keçən gecə qazdan boğularaq öldüyü müəyyənləşib. Onların vəfat etməsi ilə bağlı xəbər polisə bazar günü verilib və dərhal Hüseynovlar ailəsinin Bakıda yaşayan tək oğlu Kamala bu barədə məlumat verilib.

Bakıda nazirliklərdən birində işləyən Kamal Hüseynov ailə üzvlərinin 1 həftə əvvəldən vəfat etməsi və onlarla heç kimin əlaqə saxlamaması ilə bağlı deyilənləri təkzib edib. O deyib ki, hadisənin sabahısı günü bu barədə xəbər alıb.

Bu arada o da məlum olub ki, bədbəxt hadisə nəticəsində vəfat edən sara Hüseynova bir müddət əvvəl həyat yoldaşı Qüdrət Abbasovdan rəsmən boşanıb. O, 3 uşağı ilə birgə valideynlərinin himayəsində yaşayırmış.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq — ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər