Bizim “bakirə” müğənnilər

2077

bff50f870341Xanlar Xoca
xanlarxoca@gmail.com

Azərbaycanda müğənnilik ən asan pul qazanmaq yoludur. Təbii ki, bu sənətə yalnız pul qazanmaq naminə gələnlər üçün. Belələri isə təəssüf ki, bu gün həddindən artıq çoxdur. Hətta o qədər çoxdurlar ki, əsl sənət nümayiş etdirənlər onların yanında barmaqla sayılacaq qədər azdır. Hər biri xarici markalı avtomobillərdə gəzir, şəhərin mərkəzində bahalı mənzillərdə kef çəkirlər. Bir də görürsən son dəbdə geyinmiş bir gədə Jeep-dən düşür, diqqətlə baxanda məlum olur ki, bu filan müğənninin qardaşıdır, beləsi özünü Azərbaycan dilində başa düşməyən kimi göstərdiyi üçün məcbur olub rusca soruşursan ki, “ay xoruz, sən axı küçədə it döyüşdürürdün, indi bu pul səndə hardandır belə maşın sürürsən”, qayıdıb nə desə yaxşıdır, “bacım sənəti ilə pul qazanıb maşın alıb verib mənə”. Bilmirsən beləsinə ağlayasan, ya güləsən. Bacısının “zəhməti” hesabına Jeep sürmək eşqində olanlar yaman çoxalır, bəzən atalar, qardaşlar özləri qızların əlindən tutub zorla “sənət”ə gətirir, “sən oxumalısan” deyirlər, indi bu guya kişilik sayılır. Hətta “bizim qızın SMS-ni niyə kəsdiniz” deyə narazılıq edənlər də tapılır, sanki o SMS-ləri hansısa fəhlənin, sadə bir vətəndaşın göndərmədiyini bilmirlər. Atalar, qardaşlar yaxşı bilirlər müğənni qızlara kim nə qədər maya qoyur, sadəcə indi adamlar iki cürdür, namusunu yeyənlər və namusla yeyənlər.

Hər gün xalqın gözü önündə min bir oyundan çıxanlar sonra hətta elə dəbdəbəli toy edirlər ki, sanki bunlar əsl “ev qızı”dırlar. Amma dünyanın altını da bilirlər, üstünü də. Bahalı mahnılar, kliplər, maşınlar, evlər göydən tökülmür ki, “qız”lar əziyyət çəkirlər. Nə qədər toy-büsat qursalar da bu gün Azərbaycan şou-biznesində kiminsə ərə getməməyi onun bakirə olması anlamına gəlməz. Bu gün Azərbaycan şou-biznesində bakirə müğənni yoxdur və heç olmayıb. Axı “incəsənət qurban tələb edir”.

Əgər bir müğənni “hər şeyi sənətimlə əldə etmişəm” deyirsə və ödədiyi verginin məbləğini açıqlaya bilmirsə deməli bu adam ya vergidən yayınır, ya da müğənnilik adı altında başqa işlərlə məşğuldur. İkinci daha ağlabatandır, çünki verginin məbləği o qədər çox deyil ki, hansısa axmaq ondan yayınmaq fikrinə də düşsün. Ömrünü az qala yarı eləsə də bir solo konsert verə bilməyənlər əslində hər gün “sponsor”lara konsert verirlər. Bu konsertdə isə təkcə oxumaqla iş bitmir, yoxsa kim onlara maşın, ev bağışlayar ki. Atalar, qardaşlar da deyirlər “qız işə gedib”, daha demirlər ki, “qız əziyyət çəkir ki, biz Jeep sürək, komfortlu həyat sürək”. Əvvəllər ərə getməmiş qızları qalın qaşlarından tanıyardıq, indi ucdantutma “qaşgötürmə əməliyyartı” gedir. Heç bir kişi cinsindən olan müğənni öz həmkarı ilə evlənmək istəmir, çünki onlar bizdən də yaxşı bilirlər bu sənətdə pərdə arxasında hansı hoqqalar baş verir, “qız” müğənnilər ayda neçə dəfə ginekoloqa müraciət edirlər. Ən dəhşətlisi budur ki, xalqın abırlı, ismətli qızları ailə qura bilmir, amma üzü üzlər görmüş “müğənnilər” hansısa biznesmenə, kreslo sahibinə ərə gedə bilir. Cəmiyyətdə mənəvi aşınma gücləndikcə belə hallar da artır, ona görə də məncə hər bir ailədə, məktəbdə tərbiyə işi gücləndirilməlidir, qoy bu xalqın qızları yaxşı riyaziyyatçı, mühəndis, diplomat, həkim olsun, öz sahəsinin bilicisi olsun, amma müğənni olmasın. Qoy atalar daha qızlarını xoş güzəran üçün “sənət”ə qurban verməsinlər, qapı-qapı düşüb SMS dilənməsinlər, qardaşlar daha bacı hesabına “mən də kişiyəm” deməsinlər. Çünki sənətdən iyrənc məqsədlər üçün istifadə etməyə göz yummaq, hətta buna həvəsləndirmək kişilik yox nakişilikdir. Mənbəyi məlum olmayan pulla maşın sürüb, ev almağın başqa adı yoxdur…
YAZARIN DİGƏR YAZILARI

Kal gavalı

Telebasabas

Əyri güzgülər ölkəsi

Sevgililər günü

Ad günü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər