Bizim günümüz

1188

eyvaz-bBu gün Milli Mətbuat Günüdür. Hansı ki, 135 il bundan öncə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın. O zaman Zərdabi mətbuatımızın əsasını qoyanda heç təsəvvürünə belə gətirməzdi ki, 21-ci əsrdə mətbuatın inkişafı hansı səviyyədə olacaq. Təəssüf hissi ilə qeyd edirəm ki, bu gün müasir mətbuatımızın- internet medianın- mövcudluğu haqqında müasir insanların da əksər hissəsinin məlumatı yoxdur. Bəlkə də sadə insanarın bu haqda məlumatsızlığı başadüşüləndir, lakin vəzifə sahiblərinin, bu gün şəhərimizə rəhbərlik edən şəxslərin bu barədə məlumatsızlığı  xüsusilə acınacaqlı faktdır.

İnternet media da mətbuatın tərkib hissəsidir və internetin inkişafı mətbuatın yenilənməsinə də öz müsbət təsirini göstərmişdir. Bu gün artıq insanlar informasiyanı internet qəzetlər vasitəsi ilə əldə edirlər. Baxmayaraq ki internet medianın hüquqi tənzimlənməsi ilə bağlı boşluqlar hələ də mövcuddur. “sumqayitxeber.com” saytı artıq 1 ildən artıqdır ki fəaliyyət göstərir. Bizim bu online qəzeti açmaqda  məqsədimiz Sumqayıt sakinlərinin və eləcə də şəhərimizdə baş verən yeniliklərlə maraqlanan hər bir şəxsin vaxtında məlumatlara əlçatımlığını təmin etməkdir. Saytın yarandığı andan biz kifayət qədər oxucu toplaya bilmişik. Çünki bu qəzet nəinki şəhərimizdə, çəkinmədən deyə bilərəm ki, ölkəmizdə ilk regional online qəzetdir. İnternetdə şəhərimizlə bağlı  informasiya axtaranlar ilk öncə bizim saytımızla qarşılaşırlar. Biz digər mətbu orqanlardan fərqli olaraq heç kimə və heç bir quruma xidmət etmirik və həmişə başımızı uca tutaraq şəhərimizdəki yenilikləri işıqlandırmaq üçün çalışırıq. Keçən il mətbuatımızın 134 illiyində də internet mediyaya-“sumqayitxeber.com ” saytına- biganəliyi gördük. Düşündük ki, saytımız yeni fəaliyyət göstərir və ola bilsin ki, bu barədə məlumatsızdırlar. Lakin bu il də mətbuat günündə media nümayəndələri ilə görüş keçirən qurumlar bizə qarşı diqqətsizlik nümayiş etdirdilər. Yalnız ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi ilə görüşə dəvət olunduq. Digər qurumlar isə şəhərimizin ilk və yegənə internet qəzetini yaddan çıxartdı. Bu gün həmkarlarımızdan biri çox gözəl fikir səsləndirdi : “Əsl peşəkar jurnalist yalnız bu gün nə isə umur və gözləyir. Qalan günlər isə yalnız öz işi ilə məşğul olur”.

Bütün bunları ona görə təəssüf hissi ilə qeyd etmirəm ki, biz yaddan çıxmışıq. Ona görə yazıram ki, əslində bu qurumlar hələ də internet medianın nə olduğunu, mətbuatın bir parçasına və öncülünə çevrilməsini dərk etmirlər.

Biz yenə də öz misyamızı davam etdirəcək və şəhərimizin inkişafı üçün əlimizdən gələni edəcəyik! Ümid edirik ki, növbəti illərdə daha çox insanlar, xüsusilə də məmurlarımız internet medianın nə olduğunu biləcəklər. Bu gün bizim günümüz olduğu üçün bu yazını yazdım! Yəqin ki ildə bir dəfə özümüzdən yazmaq haqqımız var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ramil
    İyul 23, 2010 - 11:35

    Hələ də Sumqayıtda tədbir qurtarandan sonra böynubükük şəkildə təşkilatçılardan nəsə umanlar var. Bax budur Sumqayıtda medianın adına ləkə gətirən amillər. “sumqayıtxeber.com” onlayn qəzeti şəhərimizdə azad sözün, vətəndaş jurnalistikasının, tərəfsizliyin əsasını qoydu. Bayramımız və bayramınız mübarək!

  • Ilqar
    İyul 26, 2010 - 11:00

    Azerikimyada boyuk ehtimalla eyni sehvi tekraralayacaqdi, sadece 1 gun once belediyyedeki gorushde sumqayitxeber-in gorushe devet olunmamasi tenqid olunmushdu ve Azerikimyanin metbuat xidmetinin rehberi de hemin gorushde istirak edirdi.

  • Ilqar
    İyul 26, 2010 - 11:00

    Azerikimya da boyuk ehtimalla eyni sehvi tekraralayacaqdi, sadece 1 gun once belediyyedeki gorushde sumqayitxeber-in gorushe devet olunmamasi tenqid olunmushdu ve Azerikimyanin metbuat xidmetinin rehberi de hemin gorushde istirak edirdi.

  • Bahar
    İyul 29, 2010 - 19:51

    BAYRAMINIZ MUBAREK OLSUN.SIZE UGURLAR ARZULAYIRAM.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər