“Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Sumqayıt orta ümumtəhsil məktəblərində peşəyönümü işinin təşkili prosesinin dəstəklənmə si” layihəsi çərçivəsində 8-ci təlim keçirildi.Təlim 25 may 2011-ci ildə Sumqayıt şəhər 3 saylı orta məktəbdə təşkil edilmişdir.Təlimdə orta məktəbin 9-cu sinif şag irləri iştirak edirdi. Öncə Mərkəzin sədri Zeyalov Mətanət şagirdlərin düzgün peşə seçim etməsində bu təlimin çox faydalı olmasını vurğuladı. Təlimdə 26 şagird iştirak edirdi. Təlimçi Eyvaz Qocayev şagirdlərə insan həyatında peşənin rolu, peşə seçimində özünü tanıma faktoru, peşələr və xüsusiyyətləri, gələcəkdə daha çox tələbatın olduğu peşələr, düzgün peşə seçiminə təsir edən amillər, peşə hazırlığı, peşəyə necə yiyələnməli, universitet seçimi haqqında məlumat verdi. Təlim zamanı peşə yönümünün müəyyənləşdirilməsi üçün aparılan psixoloji test şagirdlər tərəfindən maraqla qarşılandı. Təlim interaktiv metodla aparıldı və şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Məktəb rəhbərliyinin da iştirak etdiyi təlimdə qərara alınmışdır ki, məktəbdə bu cür təlimlər tez-tez keçirilsin.