Boks üzrə Sumqayıt birinciliyi sona çatdı (FOTO)

1598

03-06 oktyabr 2019-cu il tarixlərində Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş boks üzrə 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir.

Youthportal.az Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etmişdir.

E.Hümbətov daha sonra ölkəmizdə idmanın sürətli inkişafından danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etmiş və sonra yarış iştirakçılarına uğurlar arzu etmişdir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə 110 nəfərdən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. Nihad Daşdəmirov (26 kq), Harun Süleymanov (28 kq), Nihad Qasımov (30 kq), Ağarəhim Səfərov (32 kq), Nurlan Vahidli (32 kq), Akşin Əlizadə (34 kq), Sübhan Babayev (34 kq),  Əziz Abdullayev (35.5 kq), Nurlan Hacızadə (35.5 kq), Ayxan Məmmədzadə (37 kq), Həsən Əbdüləliyev (38.5 kq), Rəsul Əbilov (40 kq), Tofiq Zairov (41.5 kq), Kənan Aslanlı (43 kq), Eldar Abdullazadə (46 kq), Fikrət Xudiyev (48 kq), Amin Məmmədzadə (50 kq), Raul Musayev (52 kq), Eşqin Səfərli (59 kq) və Ramazan Həmidov (+59 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyələri ilə təltif olunmuşlar.

news photo news photo news photo news photo news photo

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər