Bölgə üçün xüsusi əhəmiyyət kəsb edən Suqovuşan bərpa olunur

863

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri, həmin ərazilərdə Azərbaycan bayrağını ucaltması, burada aparılan bərpa işləri ilə tanış olması, təməlqoyma və açılış mərasimlərində iştirakı, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması istiqamətində dövlət başçısının siyasi iradəsinin, qətiyyətinin, eyni zamanda Azərbaycan dövlətinin gücünün və qüdrətinin bir daha bütün dünyaya nümayişi idi.

Prezident İlham Əliyev səfər çərçivəsində Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını etdi. Ölkə başçısı Talış Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu, Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində Tərtər şəhərində dağılmış evin əvəzinə tikilən yeni evdə yaradılan şəraitlə tanış oldu. Ən əsası Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltdı.

Qeyd etmək lazımdır ki, Suqovuşan həm də Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli ərazilərdəndir.

Erməni işğalı Azərbaycanı ümumi gücü 7,8 MVt olan «Suqovuşan-1» və «Suqovuşan-2» su elektrik stansiyalarından istifadə imkanlarından məhrum etmişdi. Suqovuşan işğaldan azad olunduqdan sonra həmin stansiyaların əsaslı təmirə ehtiyacı olduğu məlum oldu. Dağıdıcı erməni qəsibkarları digər sahələrdə olduğu kimi bu stansiyaların da ehtiyat hissələrini sökmüş və yararsız vəziyyətə salmışdı. Stansiyada istismara vermə işlərinə bu ilin yanvar ayında başlanılmış və Sugovushan-1 və Sugovushan-2 stansiyaları iyunun əvvəlindən istifadəyə verilmişdir.

Bu ilin yanvar ayından stansiyada təmir işlərinə başlanıldı və qısa müddət ərzində istismara verildi. Sözsüz ki, bu, Suqovuşanın Azərbaycan iqtisadiyyatına edə biləcəyi yeganə töhfə deyil. Füsunkar mənzərəsi, Tərtər çayının buradan keçməsi və digər üstünlükləri bu ərazini turizm baxımından cəlbedici edir.

Prezident İlham Əliyev səfər çərçivəsində Tərtər şəhərində müharibədən zərərçəkmiş vətəndaşların mənzil şəraiti ilə də yaxından maraqlandı. Ölkə başçısının ev sahibi ilə dialoqu bir daha göstərdi ki, O, hər bir vətəndaşın yaşayış səviyyəsini diqqət mərkəzində saxlayır, vətəndaşlara qayğı ilə yanaşır.

Səfər çərçivəsində qədim alban və rus-pravoslav kilsəsinin ziyarət olunması, burada həyata keçirilmiş saxtakarlıqların dövlət başçısı tərəfindən qeyd olunması vacib məqam idi.

Eyni zamanda cənab Prezidentin bu kilsələrin bərpası və qorunması ilə bağlı fikirləri bizim tolerantlığımızın təzahürüdür. Buna baxmayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində 30 ilə yaxın müddətdə milli-mənəvi dəyərlərimiz məhv edildi, məscidlərimiz dağıdıldı. Bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq Azərbaycan müharibəni ləyaqətlə apardı və ədalətli Zəfər qazandı.

Suqovan Qəsəbəsinin işğaldan azad olunması hərbi nöqteyi-nəzərdən də olduqca böyük əhəmiyyət kəsb edirdi.Qəsəbə müharibənin ilk günlərində şanlı Azərbaycan ordusu tərəfindən azad olundu. Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də qəsəbənin tarixi adını bərpa etdi.

Prezident İlham Əliyev Madagiz adını ləğv etdi, qəsəbəni Suqovuşan adlandırdı.Təsadüfi deyil ki, cənab prezidentin təşəbbüsü ilə təsis edilmiş yeni dövlət təltifləri sırasında “Suqovuşanın azad olunmasına görə medalı” da oldu. Bu həm də Suqovuşanın strateji əhəmiyyətinin göstəricisi idi.

Prezident İlham Əliyev səfər zamanı revanşist qüvvələrə də xəbərdarlıq etdi: “Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir”.

İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman oğullarımızın canı qanı bahasına işğaldan azad olunmuş bütün ərazilərimiz qısa müddət ərzində bərpa olunacaq, insanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Sevinc Qasımova, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər