Bolqarıstanın Ruse şəhərində Dunay çayının kənarından 30 yaşlı jurnalist Viktoriya Marinovanın meyiti tapılıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı başından aldığı zərbə və boğulma nəticəsində dünyasını dəyişib.
Bundan əlavə, Viktoriya ölümündən əvvəl zorlanmaya məruz qalıb.
Jurnalistin cəsədini yoldan keçən şəxs tapıb və dərhal bu barədə polisə məlumat verib. Marinovanın cəsədindən bir neçə metr kənarda onun şəxsi əşyaları aşkarlanıb, yol kənarında isə avtomobili park edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının telefonunu və avtomobilinin açarını tapmayıblar.
İstintaq Marinovanın qətlinin bir neçə versiyanı, o cümlədən peşəkar fəaliyyətini nəzərdən keçirir. Marinova Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanmasının araşdırılması üzərində işləyib.