Fins.az-ın məlumatına görə, Bolqarıstanın “Sopharma” və “Biopharm” şirkətlərinin nümayəndələri mayın 22-də Sumqayıt Kimya Sənaye Parkında olublar. Bu barədə Sumqayıt Kimya Sənaye Parkından məlumat verilib. Məlumatda bildirilir ki, qonaqlara Sumqayıt Kimya, Qaradağ, Pirallahı və Mingəçevir sənaye parkları barədə, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib. Sənaye parklarının təqdimatı keçirilib.
“Sopharma” və “Biopharm” şirkətlərinin nümayəndələri Azərbaycanda baytarlıq sahəsində dərman məhsullarının istehsalı sahəsində investisiya imkanlarına dair tədqiqat apardıqlarını və ölkədə fəaliyyət göstərən yerli şirkətlə birlikdə sözügedən sahə üzrə istehsalat müəssisəsi yaratmaq niyyətində olduqlarını bildiriblər.