Borca görə döyüb, qəbiristanlıqda diri-diri basdırdılar?

1293

“Sumqayıt şəhərində bir şəxsin döyülərək qəbiristanlıqda basdırılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Bunu “report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.
Onun sözlərinə görə, əslində, bu cür məlumatlar hadisənin təhrif olunmuş formada təqdimatıdır: “Hadisə, sadəcə olaraq, iki yaxın dost arasında məişət zəminində qeydə alınıb. Faktla bağlı polis tərəfindən araşdırma aparılır”.
***

Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə onu Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər