Borcunu ödəməyən adamı öldürüb ətindən sosiska hazırladılar-ŞOK

994

Yaponiyada borcunu ödəməyən bir adamı öldürən üç nəfər bununla da kifayətlənməyib görülməmiş bir vəhşiliyə imza atıblar. Üç yapon qurbanlarını manqalda qızardaraq yeyib.

Yapon polisi bu günlərdə inanılmaz bir cinayət törədən üç yaponu həbs edib. Polisin verdiyi məlumata görə üç nəfər 2009-cu ildə çəkic zərbəsi ilə öldürdükləri bir kişinin bədənini parçalara ayıraraq soyuq hava anbarında üç il müddətində saxlayıb. İllər sonra qurbanlarının ətiylə manqal keyfi çıxaran üç yapon polis tərəfindən saxlanılıb. Üç qatil daha da irəli gedərək cəsədin yerdə qalan hissələrinin xarab olmasının qarşısını almaq üçün sosiska hazırlayıb. Polis cəsədin 2011-ci ilin iyul və avqust ayında istehlak edildiyini açıqlayıb. Bu  vəhşiliyin səbəbi isə qurbanın şübhəlilərdən birinə borcunun olmasıdır. Şübhəlilərdən ikisi artıq günahını etiraf edib, üçüncü şübhəli şəxs isə günahsız olduğunu bildirir.
Fidan Məmmədova, sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər