Böyrəyi xəstə olanlar qarpız yeyə bilərmi? – Video

1557

Bir çox insanların fikrinə görə, böyrəklərdə problem olanlar mümkün qədər çox su içməli və qarpız yeməlidir. Bu çox səhv fikirdir.

Bəli, böyrəklər üçün həm su, həm də qarpız çox faydalıdır. Lakin söhbət sağlam böyrəklərdən gedirsə. Böyrək problemləri zamanı isə əksinə həkim içilən suyun miqdarını azalda, qarpızı isə istehlakdan çıxartmağı tövsiyə edə bilər.

Axar.az Sağlamolun.az-a istinadən xəbər verir ki, rusiyalı həkim-uroloq Nikolay Şevçenko Rusiya mediasına müsahibəsində qarpızın böyrəklərə faydaları və ziyanları haqqında danışıb.

Həkimin sözlərinə görə, qarpız sidiyi qələviləşdirir ki, bu da bəzi böyrək xəstələri zamanı əlavə problemlər yarada bilər. Uroloq böyrək xəstələrinə böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq üçün qarpız deyil, daha çox qarağat, üzüm, cəfəri və xüsusilə cəfəri şirəsi, quşüzümü tövsiyə edir.

Bir çox böyrək xəstəlikləri zamanı suyun miqdarı da azaldılır ki, böyrəklərə düşən gərginlik azalsın.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər