Böyrəyində daş olanlar - MÜTLƏQ OXUSUN

1450

Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir.

Metbuat.az xəbər verir ki, bu xəstəliyin yaranma səbəbi tam məlum deyil. Genetik uyğunluq mühüm amildir, amma yeganə səbəb deyil. Sidik yollarında doğuşdan olan anomaliyalar, tərkibində kalsium olan mədə turşusunu islahedici dərmanların uzun müddətli istifadəsi, B6 vitamininin və maqneziumun az alınması, Podaqra kimi xəstəliklərin böyrəklərdə problemə səbəb olduğu elmə məlumdur.

 Böyrəkdə daş əmələ gəlməsi 5 mm-ə qədər olan insanlarda ağrı kəsici müalicəvi dərmanlarla və bol-bol su içilərək daşın təbii yollarla düşməsi ola bilər. Böyrək daşı xəstəliyi yaxşılaşma və müalicə prosesinin çətin keçdiyi bir narahatlıqdır və həlli üçün alternativ təbabət üsulu tətbiq edənlər də olduqca çoxdur. Təbii yollardan böyrək problemlərini həll etməyə çalışanların məmnun qaldıqları bir neçə üsulu təqdim edirik:

1. Avakado meyvəsi vasitəsilə

3 q avakado yarpağı və 1 stəkan su: Qazanının içinə 1 stəkan su əlavə edin. Daha sonra avakadonun yarpaqlarını da içərisinə əlavə edib, 10 dəqiqə bişirin. Süzgəclə süzün. Axşam yeməkdən 2 saat sonra mütəmadi olaraq için. 5 gün sonra 3 gün ara verin.

2.Qarğıdalı vasitəsilə

100 qram qarğıdalı saçağı əvvəlcə 1 litr suda qaynadılır və süzgəc vasitəsilə süzülür. Əldə olunmuş suyu gündə ac qarnına 2 dəfə 1 stəkan qədər içilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər