“Bozqırdan uçuruma” kitabının təqdimatı oldu

708

Martın 3-də İnsan Hüquqları üzrə Təlim və Resurs Mərkəzinin təşəbbüsü və “Sağlam Düşüncə” Gənclər Təşkilatının Ədəbiyyat Klubunun təşkilatçılığı ilə  Dilqəm Əhmədin müəllifi olduğu “Bozqırdan uçuruma” kitabı Sumqayıt oxucularına təqdim olunub. Bu barədə İnsan Hüquqları üzrə Təlim və Resurs Mərkəzinin ofis meneceri Günel Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, kitabın əsas mövzusunu cəmiyyətin müxtəlif fərdlərinin uğursuzluğu təşkil edir.  Kitabda uşaq hüquqları  və bu sahədə mövcud olan problemlər də sadalananlar sırasındadır.  “Sağlam Düşüncə” Gənclər Təşkilatı və  İnsan Hüquqları üzrə Təlim və Resurs Mərkəzi rəhbərliyinin, “SOS” Uşaq Kəndləri Assosiasiyasının Gənclər Evinin lideri İsmayıl Kərimovun, eləcə də digər şəxslərin qatıldığı təqdimat mərasimində kitabın əsas qayəsi iştirakçıların diqqətinə çatdırılıb.  Kitabın müəllifi Dilqəm Əhməd kitabda cəmiyyətimizdə yaşanan problemlər, müxtəlif təbəqəyə mənsub olan insanların uğursuz talelərinin öz əksini tapdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçıları kitabda bəhs olunan mövzular haqqında geniş fikir mübadiləsi aparıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər