Broyler toyuqları kişiləri qadınlaşdırır: Döşü böyüyür, səsi dəyişir…

2237

Hormonal tərkibli qidalar kişilərdə qadınlaşma prosesinə start verir.

Bu barədə Medicina.az-a açıqlamasında Bioloji Təbabət Klinikasının endokrinoloqu Həbibə Mirzəyeva məlumat verib. O bildirib ki, satışda olan bəzi qidalar insanın hormonal balansına zərbə vurur:

“Hazırda bəzi ət məhsulları, xüsusilə broyler toyuqlarına vurulan hormonal preparatlar xüsusilə kişi cinsinin nümayəndələrində ciddi fəsadlar yaradır. Toyuq ətindəki külli miqdarda hormonal preparat oğlanlarda yalançı süd vəzilərinin böyüməsinə – ginekomastiyaya səbəb olur. Bu hormonlar oğlanlarda qadın hormonu ekstogenlərin cinsi dəyişkənliyini yaradır: bu həm daxili, həm də xaricən, zahiri əlamətlərlə büruzə verir. Hormonal preparatlarla yetişdirilmiş toyuq ətinin uzun müddət qəbulu – hazırkı dövrdə demək olar, hər gün müntəzəm toyuq əti yeyilir – qızlarda yumurtalıqların fəaliyyətinə zərbə vurur. Bu proseslər həm oğlan, həm qızlarda boy qısalığına gətirib çıxarır”.

Həkim çıxış yolunun olduğunu da vurğulayıb: “Biotənzimləyici preparatlarla orqanizmdəki zərərli maddələr, toksinlər heç olmasa ildə bir dəfə təmizlənməlidir. Bu preparatlar orqanizmin öz-özünü daxildən bərpa etməsinə yardım edir, zərərli hormonları kənarlaşdırır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər