Brüssel danışıqları: Azərbaycanın növbəti diplomatik qələbəsi

712

Uzun sürən erməni işğalından sonra 44 günlük qalibiyyətli müharibə nəticəsində Azərbaycan, nəhayət, öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü təmin etdi. Bu böyük zəfər, bütün Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsi, möhtərəm Prezident, Ali Baş Komandan, İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, yenilməz milli ordumuzun qəhrəman zabit və əsgərlərinin fədakarlğı nəticəsində mümkün olmuşdur.

Tarixi qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu xeyli artmış, demək olar ki, bütün beynəlxalq təşkilatlar, dünya siyasətini müəyyənləşdirən və istiqamətləndirən dövlət başçıları, ABŞ prezidenti, Çin Xalq Respublikasının sədri, Fransa prezidenti, Avropa İttifaqı və NATO hərbi təşkilatının rəhbərliyi və bir çox digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan Respublikasını Cənubi Qafqazın aparıcı dövləti, cənab Prezidentimiz İlham Əliyevi isə regionun lideri kimi qəbul edir.

Möhtərəm Prezidentimizin növbəti böyük diplomatik qələbəsi aprel ayının 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan arasında 4 saatdan çox davam edən üçtərəfli danışıqlarda əldə olunan razılıqdır. Brüsseldə keçirilən görüş və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

Bu razılaşma Azərbaycan tərəfinin təqdim etdiyi 5 maddə əsasında əldə olunub və tərəflər arasında sülh müqaviləsinin imzalanmasını, hər iki dövlətin ərazi bütövlüyünün tanınmasını, sərhədlərin demilitasiyasını, Avropa İttifaqının köməyi ilə ərazilərimizin minalardan təmizlənməsini, əsirlərin və itkin düşmüş şəxslərin qaytarılmasını nəzərdə tutur.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur.

Brüssel razılaşmasında xüsusilə 2 məsələni qeyd etmək lazımdır:

  1. Azərbaycan-Ermənistan münaqişəsini həll etməli olan Minsk qrupunun adı çəkilmir
  2. Ermənistan Respublikası, nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyır.

Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Razılaşmanın təminatçısı kimi dünyanın ən nüfuzlu təşkilatlarından biri olan Avropa İttifaqının çıxış etməsi də Azərbaycanın növbəti diplomatik uğurudur. Bu baxımdan əminliklə demək olar ki, hərb meydanındakı zəfərdən sonra Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında diplomatiya sahəsində də böyük qələbə əldə edərək, beynəlxalq siyasətdə öz mövqelərini daha da möhkəmləndirdi.

Rüxsarə Məmmədovaəməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər