Polislər müxalifətçilərə nə deyiblər?
AXCP Sumqayıt Şəhər Təşkilatının sədri Kəmaləddin Rəhimovun “sumqayitxeber.com”a verdiyi məlumata görə müxaifət partiyalarının nümayəndələrinin Sumqayıt şəhər Polis İdarəsinə çağırılması aksiyalarla bağlı olub.
İdarədə müxalifətçilərə xəbərdarlıq edilib, onlara bildirilib ki, icazəsiz aksiyalar keçiriləcəyi təqdirdə polis aksiyaları dağıdacaq: “Polis rəisi ilə görüşməsək də, müavinlər və şöbə müdirləri bizimlə görüşdülər. Bildirdilər ki, icazəsiz aksiyalar məqsədəuyğun deyil və yolverilməzdir. Ancaq biz hesab edirik ki, bizə fikrimizi ifadə etmək üçün imkan yaradılmalıdır. Onlar üçün məqsədəuyğun olmayan, bizim üçün məqsədəuyğundur. Bu, bizim konstitision hüququmuzdur. Açığı, bizim üçün rəislərin kimliyi yox, qanunlar önəmlidir. Bu ay ərzində biz Sumqayıtda aksiya keçirəcəyik. Ola bilsin ki, bu aksiyanı İctimai Palata olaraq yox, AXCP olaraq və bir neçə başqa partiya ilə birlikdə keçirək. Ancaq hər halda, bu, olacaq”.
Aytən