Yerkökünün orqanizm üçün onlarla faydasının olduğu çoxlarına məlumdur. Lakin onun elə faydaları da var ki, bu barədə çox az insan bilir.
sumqayitxeber.com medicina.az-a istinadənyerkökünün az bilinən faydalarını araşdırıb, öyrənib və bu barədə yazı hazırlayıb.
Yerkökü öskürəyin, soyuqdəymənin və bronxitin dərmanıdır
Sürtgəcdən keçirilmiş 3 x/q yerkökünü 2-3 dəqiqə müddətində 1 stəkan süddə vam odda bişirin. Yarım saat saxlayın. Gün ərzində 3/2 stəkan olmaqla 3-4 dəfə qəbul edin. Vasitə çox effektlidir. Hətta quru və qıcıqlandırıcı öskürəyi də aradan qaldırır.
Trofik yaralar
Orta ölçülü açıq rəngli yerkökünü təmizləyin, isti su ilə yuyun və plastmas sürtgəcdən keçirin. Alınan kütləyə 3-7 damcı balıq yağı əlavə edərək qarışdırın.
Axşam yatmazdan əvvəl sıyığa bənzər kütləni 3 qatlı steril bintə qoyaraq yaranın üzərinə yerləşdirin. Daha sonra üzərini kağızla bağlayaraq, üstünə təmiz dəsmal sərin.
Bir sutka saxlayın, daha sonra isə yenisi ilə əvəzləyin. Bu qarışımı yara sağalana qədər tətbiq etmək lazımdır.
Miokard infarktı
İnfarkdan sonra gün ərzində 2 dəfə yarım stəkan olmaqla 1 çay qaşığı bitki yağı əlavə edilmiş təzə sıxılmış yerkökü şirəsi içmək lazımdır.
Stenokardiya
1 x/q yerkökü toxumunu 1 stəkan suda 1 dəqiqə müddətində qaynadın. 2 saat saxlayın. Gündə 3 dəfə olmaqla hər dəfə 3 x/q qəbul edin.
Varikoz
2 x/q yerkökü qurusunu 0,5 litr qaynar suya tökün və 8-10 saat saxlayın. 1-2 ay müddətində yeməkdən 20 dəqiqə əvvəl stəkanın 3/1 olmaqla gün ərzində 4-5 dəfə qəbul edin.
Bronxit, Laringit
Bir stəkan təzə sıxılmış yerkökü şirəsinə 2-3 çay qaşığı bal əlavə edin. Gün ərzində 4-5 dəfə olmaqla 1 x/q qəbul edin.
Mədə və qırtlaq xərçəngi
Gün ərzində 4-5 dəfə bal qarışdırılmış yerkökü şirəsini qəbul edin. Bu orqanizmin gücünü bərpa edəcək və sağalmasına yardımçı olacaq.
Süd vəzi xərçəngi
Süd vəzi xərçəngi zamanı şişin üzərinə sürtgəcdən çəkilmiş təzə yerkökü kompresi edin. Kompresi tez-tez dəyişdirin. Nəticədə kök şişi “yeyərək” onun sovrulmasını təmin edəcək.