Bu da yekun!

1119

8-9 dekabr 2012-ci il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçlığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş 1999-2001-cı il təvəllüdlü oğlanlar arasında cüdo üzrə şəhərlərarası turnirə start verilmişdi.

Turnirdə Sumqayıtın 7 komandası ilə yanaşı Bakının 8, Gəncə, Siyəzən, Xaşmaz, Quba, Şabran, Agdam, Bərdə, Qusar, Laçın, Qubadlı, İsmayıllı komandalarının iştirakı ilə 270 cüdoçuları qalib adı uğrunda mübarizə aparırdılar.

İlk olaraq yarışda iştirak edən komandaların məşqçiləri və qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdükdən sonra təntənəli açılış mərasimində iştirak etdilər. Açılşda Ulu Öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra xalqın xilaskarı Həydər Əliyevin keçdiyi çətin və şərəfli ömür yolundan danışıldı. Bədii hissədə uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin rəqs qruplarının iştirakı ilə müxtəlif  rəqs nömrələri nümayiş etdirildi və gənc müğənillərin ifasında Ulu Öndər və Azərbaycan haqqında mahnılar səsləndi.

Iki gün gərgin idman mübarizə şəraitində davam edən turnirdə Turan Bayramov (27kq Gəncə), Mirağa Hacıyev (30kq.Təhsil-RİM-Sumq.Filialı), Mehdi Zeynalov (34kq Bakı-Azeri-cüdo klubu), Nicat Rzazade (38kq Təhsil-RİM-Sumq.Filialı), Tofiq Əliyev (42kq Gəncə), Qənbər Hüseynli (46kq Sumqayıt-UGİM-2), Elvin Mirzəyev (50kq. Təhsil-RİM-Sumq.Filialı), Bəhlul Ağayev (55kq Bakı-Pəhlavan), Arif Qasımov (60kq Maştaga OİK) və Asiman Məmmədov (+66kq Bakı-Lokamativ) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.

Turnirin qalib və mükafatçıları Baş idarə tərəfindən fəxri fərman, medal, döş nişanları və hədiyyələrlə təltif olundu.

 

Mail Hümbətov

Sumqayıt şəhər Gənclər və İdman Baş 

İdarəsinin baş  məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər