Bu əlamətlər varsa, virusa yoluxmusunuz – Həkim

889

Qızdırma, öskürək və halsızlıq koronavirusdan şübhələnməyə səbəb yaradan əsas əlamətlərdir.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Lakin məhz koronavirusa xas olan əlamət dadbilmə və iybilmənin itməsidir. Hətta bəzi ölkələrdə bu simptomları olan şəxsi koronavirus xəstəsi olaraq dərhal qeyd edirlər. Qeyd olunan xüsusiyyətləri itən şəxslərin həkimə müraciət etmələrini tövsiyə edirik. Lakin əlamətləri olmayanlar özlərini qorumaq üçün maska və sosial məsafə saxlamalıdır”, – o bildirib.

TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, bu gün hər kəs özünü və başqalarını qorumaq üçün maskanı çıxarmamalıdır:

“Yoluxdurma riski az olsa da, asimptomatik xəstələr başqalarını yoluxdura bilər. Biz hər birimiz bunu başa düşməliyik. Sadəcə qaydalara riayət etdiyimiz zaman yumşalmalara getsək belə, yoluxmalarda artım müşahidə olunmaz”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər