Bu faktlar sizi GÖZ YAŞLARINA BOĞACAQ: Türk ordusu Suriyada inanılmaz mənzərə ilə qarşılaşdı

705

Türkiyənin məşhur “Xəbər7” nəşrinin yazarı Fərman Karaçam “Sülh çeşməsi” hərəkatından sonra terrorçulardan təmizlənən Təl Abyadın bir kəndində komandir Dənizxan Dəmirçinin yaşadığı hekayəni köşəsinə daşıyıb.

“Ye, çocuk, ye” adlı yazını təqdim edirik.

“…Kəndə yaxın mövqelərdə döyüş başa çatmışdı.

Terrorçular silah və sursatlarını arxalarında buraxmış, kənddəki əhalinin yemək və sularını da götürərək qaçmışdı.

Kəndə girdiyimizdə əksər qismi uşaq və qadınlardan ibarət qələbəlik təhlükəsiz olduğunu düşündükləri evdə aqibətlərini birlikdə gözləyərəkən qapını açdıq.

“Türklər gəldi” deyə uşaq qışqırıqları qarşıladı bizi.

Uzatmayım, hamısına yeməklərimizdən verdik.

Bəllidir ki, təşkilat xalqın aclığını çox da önəmsəməyib. Onaları üzərilərinə strategiya quracaq fiqurlar olaraq gördüklərindən qidalanmalarını diqqətə almayıblar.

Bütün uşaqlar aclığın verdiyi çarəsizliklə verdiyimiz bağlamalardan sürətli şəkildə yeməyə başlamışdı ki, gözüm kənarda oturan yay qaşlı, çəkik gözləri altında üzü yaşından çox daha yetkin görünən uşağa sataşdı alaqaranlıqda.

Heç nə yemir, kənarda səssizcə otururdu. Bu halı diqqətimi çəkdi. “Əcəba, qarnı toxdurmu” deyə düşündüm. Oğlum gözümün qabağına gəldi.

Yanına gedib adını soruşdum.

“Heydər Əli” dedi.

“Verdiklərimizi sevmədinmi?” dedim.

“Sevirəm” dedi.

“Niyə yemirsən? “dedim.

12 yaşındakı uşaq 12 il düşünsəm, ağlıma gəlməyəcək cavabı verdi. Öncə mənim, sonra bütün komandanın gözlərindən yaş süzüldü.

“Siz Rəsulullahın ordususunuz”.

“Aclıqdan ölüb Allahın hüzuruna getsəm, uşağam. Allah məndən hesab istəməz. Amma sizin bağlamanızı yesəm və siz bir qarış geridə qalsanız, bunu babalını ödəyə bilmərəm” dedi.

Əllərim titrəyərək yanaqlarını tutdum. Alnından həm öpdüm, həm də qoxladım.

“Ye, cocuk, ye” dedim. “Ye, böyü ki, sən də orduya nəfər ol”.

“Halal edin” dedi.

Bütün komanda sanki yasda ölüyə haqqını halal edərmiş kimi “Halal olsun” deyə hayqırdı.

Heydər Əlini kəndində qoyub döyüşə davam edərkən artıq heç birimiz o kəndə gedən əsgərlər deyildik. Yola çıxanda içdiyimiz andı xatırladıq. O qədər qürurlandıq ki, gördüyümüz işlə, yorğunluğumuzu belə unutduq.

Dualarınızı əksik etməyin. Daha xilas ediləcək Heydər Əlilərimiz var”. publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər