Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 17:00-a olan məlumatına görə şimal-qərb küləyinin sürəti Sumqayıtda saniyədə 34 metr olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlunata görə, Bakıda küləyin sürəti 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb.