BU GÜNÜN İŞİNİ SABAHA QOYANLAR ÜÇÜN 5 TÖVSİYƏ

1236

Əgər siz də vacib işləri hər dəfə təxirə salırsınızsa, bilin ki, tək deyilsiniz.

Bəzi insanlar bir yerə qədər təxirə salırlar. Bəzi insanlarda isə bu  artıq vərdiş halını aldığı üçün bu təxirə salmalar onların potensialını və karyerasını darmadağın edir.

 

Aşağıdakı xüsusiyyətlər sizdə də varmı?

  • Ediləsi işlər (To Do List) siyahınızı ikinci dərəcəli işlər ilə doldurursunuz.
  • E-mailləri açıb dəfələrlə oxuyursunuz, ancaq nə onlara cavab verirsiniz, nə də ki, ümumiyyətlə nə edəcəyinizə qərar verə bilmirsiniz.
  • Vacib bir işə başlamaq üçün oturursunuz, sonra ağlınıza gəlir ki: “bir fincan kofe içim, sonra başlayım.”
  • Çox vacib olduğunu bildiyiniz halda belə, ediləsi işlər siyahısında bir işi uzun müddət saxlayırsınız.
  • Sizdən çox da vacib olmayan bir işi xahiş etdiklərində, siyahıda olan vacib işlər əvəzinə, o adamlara “hə” deyərək öz vaxtınızı doldurursunuz.
  • Əldə olan vacib işi həll etmək üçün “düzgün əhval” və ya “düzgün vaxt”-ı gözləyirsiniz.

 

Təxirə salma davranışı dərin kök salmış bir vərdişdir. Bu, o deməkdir ki, ondan sadəcə bir gecədə qurtulmaq mümkün deyil. Siz davamlı olaraq işləri təxirə salmaqdan vaz keçsəniz, onlar artıq vərdiş olmayacaq.

Məsləhətlər müxtəlif insanlarda müxtəlif cür işləyir. Və bəzən “təxirə salma təhlükəsi”-nə qalib gəlmək üçün sadəcə yeni bir yanaşma yoxlamaq lazım gələ bilər.

Bu ümumi məsləhətlər sizə vərdişinizi dəyişməkdə kömək ola bilər:

Özünüzü mükafatlandırın. Məsələn, vacib bir işi tamamladıqdan sonra nahar üçün özünüzə dadlı, kiçik şirniyyat sözü verin. Və işləri tamamlamağın necə yaxşı hiss olduğunu bildiyinizdən əmin olun!

Başqalarından sizə nəzarət etmələrini xahiş edin. Başqalarının “təzyiqi” işə yarayır. Bu prinsip arıqlamaq istəyənlərdə belə işə yarayır.

İşlərinizi yerinə yetirməməyin xoşagəlməz nəticələrini müəyyənləşdirin və bunu öz-özünüzə tez-tez xatırladın.

Vaxtınız qızıldan başqa, həm də puldur. Əgər onu boş yerə itirirsinizsə, onu nə üçün qazanırsaınız? (Bu sualı özünüzə hər gün verin)

Siyahıdakı ən çətin işlərdən başlayın. Gözünüzə böyük görünən işləri bitirməklə günə başlamağı hər gün özünüzə məqsəd edin! gencaile.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər