Bu hava hansı xəstəliklərə mənfi təsir edir? – Həkim

1328

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozunu verib.

Bununla bağlı qurumlar gücləndirilmiş iş rejiminə keçib və bütün tədbirlər alınıb.

Bəs hava dəyişkənliyi hansı insanlara daha çox təsir edəcək?

Fitoterapevt Elnur Rəhimov Teleqraf.com-a açıqlamasında deyib ki, hava dəyişkənliyi yüksək təzyiqi, adabtogen problemi, xronik yorğunluq sindromu, hormonal dəyişikliyi, həmçinin ürək-damar xəstəliyi olan insanlara mənfi təsir göstərə bilər: “Bu təsir daha çox vasospazmlarla, yəni damar və sinir mənşəli spazmalarla müşayiət olunacaq. Hazırkı hava şəraitində onlar özlərini daha narahat hiss edə bilərlər.

Orqanizmdə digər funksiyalar da pozula bilər. Çünki müəyyən temperatura uyğunlaşan orqanizm üçün kəskin temperatur dəyişməsi zamanı immun sistemi ona cavab verə bilmir. Nəticədə isə azyaşlılar və ya daha yaşlılar üçün təhlükə yaranır.

Kəskin respirator-virus infeksiyasının hücumu üçün də belə hava əlverişli hesab olunur, bu isə normadan daha ağır keçə bilər. Kəskin respirator-virus xəstəliklərinə əksər virus xəstəlikləri aiddir”.

Həkim bildirib ki, kimdəsə qaymorit problemi varsa, müntəzəm baş ağrıları bu dövrdə daha da kəskinləşə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər