Bu il Bakıda qar olmayacaq – AÇIQLAMA

1166

Hazırda ölkə ərazisində müşahidə olunan temperatur iqlim normasından yüksəkdir.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycanda qarın yağması bölgələrdə gözlənir:

“Fevralın 9-da Bakıda və Abşeron yarımadasında yağış, ayın 8-12-də dağlıq və dağətəyi ərazilərdə qar yağması gözlənir. Hazırda sinoptik şəraitlə əlaqədar ölkə ərazisinə soyuq hava kütlələrinin daxil olması üçün əlverişli şərait yoxdur. Ona görə, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur ki, havanın temperaturu iqlim normasından yüksəkdir”.

Baş hidroloq Bakıda qarın yağmadığı illəri də açıqlayıb:

“Qar yağmasını son illərlə müqayisə etdikdə, 2009, 2013, 2018-ci ildə Bakıda qar olmayıb. Ümumiyyətlə, qeyd edim ki, Bakıda və Abşeron yarımadasında ən soyuq, qarlı hava 2012-ci ildə müşahidə edilib.

Hələ ki, fevral ayı yeni başlayıb. Havanın kəskin dəyişməsi barədə xəbər olarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq. Bakıda 2011, 2012, 2017-ci illərdə qar yağıb. 2017-ci ilin fevralında Bakıda yağan qarın hündürlüyü 29 santimetr olub. Hava şəraiti elədir ki, atmosferdə tez-tez dəyişikliklər baş verir. Bunun üçün hava barədə daha dəqiq xəbər sutkalıq proqnozlardır”.

Asif Verdiyev əlavə edib ki, Bakıda 1955-ci ildə 27,  2002-ci ildə 23,5 dərəcə isti olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər