Bu ilin sonuna Sumqayıt şəhəri üzrə daşınmaz əmlakın elektron kadastr məlumat bazası yaradılır

702

 

Bu ilin sonuna Sumqayıt şəhəri üzrə daşınmaz əmlakın elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işi yekunlaşacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

K.Həsənov qeyd edib ki, hazırda Bakı şəhəri üzrə daşınmaz əmlakla bağlı elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin başlanmasına hazırlıq gedir. Yaxın 2-3 ildə Bakı şəhəri üzrə bu işlərin yekunlaşdırılması planlaşdırılır.

Komitə sədri əlavə edib ki, Gəncə və Şəki şəhərlərində daşınmaz əmlakın kadastr işləri Almaniyanın KfW Bankının müvafiq layihəsi çərçivəsində həyata keçirilir. Yaxın bir neçə ildə Azərbaycanın daxili imkanları və beynəlxalq layihələr üzrə maliyyə mənbələri hesabına ölkədə bütün ərazilərin daşınmaz əmlakının rəqəmsal xəritələrinin yaradılması təmin ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər