Həzm prosesləri olduqca mürəkkəbdir. Bu proseslərdə mədə şirəsi, öd, müxtəlif fermentlər iştirak edir.
Həzm proseslərin pozulması özünü qarında ağrı, köp, meteorizm kimi simptomlarla büruzə verir. Bir çox hallarda bu pozulmaların səbəbi uyğun olmayan məhsulların birlikdə istehlakıdır.
Məlumdur ki, bəzi məhsulların birlikdə istehlakı onların həzmini yaxşılaşdırır, bəzilərin isə əksinə mane olur. Məşhur amerikalı alim və diyetoloq Herbert Şeldon bu istiqamətdə çoxlu sayda araşdırmalar aparıb. Alimin fikrinə görə, qida sadə və azkomponentli olmalıdır, çoxlu müxtəlif məhsulların “bir boşqabda” qarışdırılması insan həzm sisteminə yalnız ziyan vurur, həzm problemlərinə səbəb olur.
Sağlamolun.az-ın məlumatına görə, Şeldonun qidalanma ilə bağlı olan bəzi tövsiyələrini sizə təqdim edir.
Zülalı qidalar (ət, balıq, toyuq, yumurta) uzun müddət ərzində həzm olunur və mənimsənilir. Məhz bu səbəbdən belə qidalar insanı daha çox tox saxlayır.
Belə qidaları turş tərəvəz və meyvələrlə, turş şirələr və souslarla birlikdə yemək olmaz. Bu zaman zülalların mənimsənilməsi pozulur, ləngiyir və bu da qarın nahiyəsində ağırlığa, ağrılara, köpə səbəb olur, orqanizm ona lazım olan maddələri tam şəkildə qidadan ala bilmir. Sadə dildə desək, pomidor və ya, məsələn, portağal şirəsi ilə birlikdə yediyimiz kotletin yarısını biz sanki zibilə atırıq.
Şeldon əti, balığı, yumurtanı, toyuğu pomidor, portağal və portağal şirəsi, limon və digər turş məhsullarla birlikdə yeməyi qəti şəkildə tövsiyə etmirdi. Zülalı məhsulları bibər, kök, kələm, müxtəlif göyərtilərlə yemək daha düzgün sayılır.