Bu məhsulların qiyməti kəskin UCUZLAŞACAQ – SİYAHI

489

“Yaxın günlərdə soğan və kartofun qiymətində enmə müşahidə ediləcək. Bu da yeni mövsümün məhsullarının bazara çıxması ilə əlaqəlidir. Bundan əlavə ayın sonuna qədər çiyələyin, pomidor və xiyarın da ucuzlaşdığını görə biləcəyik”.

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O əlavə edib ki, kənd təsərrüfatı məhsullarının qiymətlərində əsas ucuzlaşmanı may ayında müşahidə edəcəyik:

“Amma bu ucuzlaşma ötən ilki qiymətlər səviyyəsinə qədər enməyə bilər. Məsələn, ötən yazda kartof 30-40 qəpiyə qədər ucuzlaşmışdı. Lakin, bu il ən yaxşı halda kartof 50-60 qəpiyə qədər ucuzlaşa bilər. Son nəticədə biz ötən illə müqayisədə qiymətlərin bir qədər bahalaşması ilə üzləşəcəyik. Bu da bazardakı qiymətlərin struktur dəyişiklikləri ilə bağlıdır. Nəzərə alaq ki, bəzi məhsullar son bir ildə 100 faiz bahalaşıb. Ona görə də ötən ilki ucuz qiymətləri biz bir daha görməyəcəyik”.

Akif Nəsirli ucuzlaşmanın təklifin tələbi üstələməsi ilə bağlı olduğunu qeyd edib:

“Yəni bazara yeni və daha böyük həcmdə məhsul çıxarılır. Bu da təbii ki, qiymətlərin enməsinə səbəb olur. Qiymət enişinə digər amil də öz təsirini göstərir. Bu da havaların isti olmasıdır. Bildiyimiz kimi, bəzi məhsulları isti havalarda saxlamaq bir qədər çətin olur. Ona görə də balığın və hətta ətin də ucuzlaşacağını gözləmək olar. Bütövlükdə, ən çox ucuzlaşma mayın üçüncü ongünlüyündə baş verəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər