Şimali Afrika və Avropanın Aralıq dənizinə açılan qapısı Cəbəllütariqdə həyat koronavirusdan əvvəlki vəziyyətə dönür.
Unikal.org xəbər verir ki, 90 faiz əhalinin peyvəndləndiyi ölkədə maska taxmaq öhdəliyi götürülüb. Belə ki, bütün restoran və kafelər gecə saatlarına qədər iş fəaliyyətin bərpa edib.
Bununla yanaşı, ölkə prezidenti mətbuata açıqlamasında bunun dünyada bir ilk olduğunu qeyd edib: “Dünyanın əksər ölkələri mübarizə apararkən artıq Cəbəllütariqdə məhdudiyyətlər qalxır. Əhalinin və güc strukturunun nizamlı qaydalara riayət etməsi, bizi bu ölümcül virusdan tez yaxa qurtamağ yardım etdi”.
Qeyd edək ki, Cəbəllütariqlilər “Pfizer / BioNtech” vaksinindən istifadə edib.