Bu rayonlara qar yağır - SON DƏQİQƏ

1347

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə növbəti məlumatı açıqlayıb.

Qərargahdan verilən məlumatda bildirilir ki, proqnozlaşdırıldığı kimi paytaxtda və Abşeron yarımadasında küləyin sürəti 30-35 m/saniyəyə çatıb.

“Hazırda dənizdə dalğanın hündürlüyü 4.8 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Hazırda Daşkəsən, Gədəbəy, Göygöl rayonlarına qar yağır. Saatlı, Sabirabad, Biləsuvar, İmişli rayonlarında isə yağışlı hava şəraiti müşahidə edilir. Lakin paytaxtdan fərqli olaraq regionlarda küləyin sürəti güclü deyil. Rayonlarda küləyin maksimum sürəti 25-28 m/saniyə qeydə alınıb”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər