Bu şəhərdə istilər rekord həddə çatdı

1209

Hindistanın paytaxtı Dehlidə havanın temperaturu iyunun 10-da günortadan sonra rekord həddə – 48 dərəcəyə çatıb.

Axar.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bu göstərici paytaxt ətrafındakı Palam yaşayış məntəqəsində qeydə alınıb. Havanın belə yüksək həddə çatmasına quru külək də təsir göstərib.

Departamentin hava proqnozları üzrə məsul işçisi Kuldip Srivastava PTI agentliyinə müsahibəsində deyib ki, quru və isti küləyin hakim olduğu bu cür isti hava növbəti günlərdə cənub-qərb küləklərinin təsiri ilə bir neçə dərəcə sərinləyəcək. Departament şəhər əhalisini istidən qorunmaq üçün xəbərdar edib.

Xatırladaq ki, Dehlidə havanın yüksək temperaturu ilə bağlı əvvəlki rekord göstərici (47,8 C) 2014-cü il iyunun 9-da yenə Palamda qeydə alınmışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər